Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. Iclasda Azərbaycan Premyer Liqasının III turu çərçivəsində baş verən hadisələrlə əlaqədar müvafiq qərarlar çıxarılıb. Azərbaycan Premyer Liqasının III turunun ?İnter? ? ?Xəzər Lənkəran? matçı başa çatdıqdan sonra ?İnter? klubunun 18 nömrəli futbolçusu İlia Kandelaki, 28 nömrəli futbolçusu Baçana Sxadadze və ?Xəzər Lənkəran? klubunun 2 nömrəli futbolçusu Elnur Allahverdiyev aqressiv hərəkətə görə 2 oyunluq cəzalanır, ?İnter? klubu 4 min manat, ?Xəzər Lənkəran? klubu 2 min manat cərimə olunub. Oyun başa çatdıqdan sonra meydançada təhlükəsizlik təmin olunmadığı üçün meydan sahibi klub 3 min manat cərimələnib. Hər iki klubunun futbolçuları tərəfindən analoji hadisənin baş verəcəyi təqdirdə klublara qarşı daha ciddi saksiyalar tətbiq ediləcəkdir. Azərbaycan Premyer Liqasının III turunun ?Sumqayıt? ? ?Qarabağ? matçında ?Sumqayıt? klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cəza kəsilib. Oyunun 20-ci dəqiqəsində ?Sumqayıt? klubunun 3 nömrəli futbolçusu Aftandil Hacıyev sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunub. Matçın 44-cü dəqiqəsində ?Qarabağ? klubunun 2 nömrəli futbolçusu Qara Qarayev əllə oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimələnib.