Avroliqanın son təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək ?Neftçi? ? APOEL (Kipr) matçından əvvəl hər 2 komandanın mətbuat konfransı və açıq məşqi keçiriləcək. Bu, komandaların avqustun 23-də üzləşəcəyi ?Dalğa Arena?da olacaq. Sabah saat 19:30-da ?Neftçi?nin mətbuat konfransı, bundan 30 dəqiqə sonra məşqi keçiriləcək. Rəqib mətbuat konfransını saat 20:30-da keçirərək, yarım saat sonra məşqə çıxacaq. Məşqin ilk 15 dəqiqəsi açıq olacaq. Tədbiri işıqlandırmaq istəyən mətbuat nümayəndələri üçün "Neftçi" tərəfindən avtobus ayrılacaq. Avtobus sabah saat 18:00-da ?Gənclik? Metrostansiyasının yaxınlığından (Bazar Store-nin qarşısı) yola düşəcək.