Türkiyə Aroma Qadınlar Voleybol 2-ci dəstəsində çempionluğu hədəfləyən ?Karşıyaka? yeni transferi ilə gündəmə damğa vurub. Klub yunan seksi voleybolçu Eva Çantava ilə rəsmi anlaşmanı imzalayıb. Öz ölkəsində həm də çimərlik paltarları ilə pozalar verməklə məşhur olan idmançı deyib ki, Avropada voleybolun güclü inkişaf etdiyi Türkiyədə çıxış edəcəyindən məmnundur: ?Mən xoşbəxtəm ki, buraya gəldim. Çox həyəcanlıyam. ?Karşıyaka?da hər kəs mənə ailədən biriymişəm kimi davranır. Buranı çox sevdim?