Meksika Braziliyanı çökdürdü
London Yay Olimpiya Oyunlarında kişilər arasında futbol yarışına yekun vurulub. Londondakı ?Uembli? stadionunda keçirilən qarşılaşmada Braziliya və Meksika qarşılaşıb.
Oyun başlayan kimi meksikalı futbolçu Oribe Peralta hesabı açıb. Bundan sonra hesabı bərabərləşdirməyə çalışan Braziliyanın bütün cəhdləri nəticəsiz qalıb. Əvəzində Oribe Peralta 75-ci dəqiqədə özünün və komandasının ikinci qolunu vurub. Braziliyanın qol axtarışları 90+1-ci dəqiqədə nəticə verib. ?Portu?lu Hulk rəqib qapısına yol tapıb. Lakin Braziliyanın bundan artığına gücü çatmayıb.
Qeyd edək ki, bu olimpiadanın da favoriti hesab olunan Braziliya yığması dünyanın ən titullu komandası olsa da, olimpiya ?qızıl?ını qazanmayıb.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 12:49
2026-04-07 12:37
2026-04-07 11:55
2026-04-06 22:59
2026-04-06 16:22
2026-04-06 14:48
2026-04-06 14:42
2026-04-06 10:11