Sabah Çempionlar Liqasının III rəsnifat mərhələsinin cavab matçı çərçivəsində ?Neftçi? ilə qarşılaşacaq İsrail çempionu ?Hapoel? (İroni Kiryat) dünən gecə saatlarında Azərbaycana gəlib.İsraillilər bir neçə saatdan sonra matçın oynanılacağı Mərdəkandakı ?Dalğa Arena?da oyun öncəsi son məşqinə çıxacaq. Məlumata görə, qonaqlar xüsusi mühavizə altına alınıblar. Hətta futbolçular da yerli mətbuata açıqlamalarında bildiriblər ki, onların icazəsiz oteldən çıxışına qadağa qoyulub. İsrail mətbuatı bu cür qorumanın səbəbini İran tərəfindən gələ biləcək hər hansı təxribatla əlaqələndirirlər.