Borussiya Dortmund?un heyətində xariqələr yaratmaqla dünya divi ?Real?a transfer olunan Türkiyə milli komandasının oyunçusu Nuri Şahin yeni komandasında əsas heyətə düşə bilməsə də, yetənəyi və yaşı transferdəki dəyərini gündəmdə saxlayıb. Artıq İngiltərənin nəhəng komandaları onun uğrunda savaşa başlayıblar. Trkiyə xəbər portalları bildirirlər ki, transferdəki qiyməti yüksəlişdə olan Nuri ingilis komandalarından ?Arsenal?la ?Tottenhem?in siyahısında əsas yeri tutur. Lakin son bir neçə gündə yaşananlar göstərir ki, Nuri Şahin İngiltərənin başqa bir nəhəng klubunun formasını geyinə bilər: ?İndi adıçəkilən komandalara güclü bir rəqib çıxıb. ?Mançester Yunayted? israrla türk oyunçunu istəyir. ?Marka? qəzetinin xəbərinə görə, Ser Aleks Fergüson Nuri Şahinin alınmasını tələb edib. Nurinin ?Dortmund?dan komanda yoldaşı olan Kağaşanı heyətinə qatan Fergüson Nurinin alınmasını ilk şərt kimi önə sürüb. Qarşıdakı günlərdə ingilislər onun üçün ispan komandası ilə masaya oturacaq?.