Bu gün XXX London Yay Olimpiadasında cüdo yarışları davam edib. Turnirin II günündə azərbaycanlı cüdoçusu Tərlan Kərimov tatami üzərinə çıxıb. İdmançımız 1/16 finalda əlavə vaxtda rusiyalı Musa Moquşkov üzərində qələbə qazanıb. Xatırladaq ki, London Olimpiadasına 8 cüdoçu ilə yollanan yığmamızın heyətində artıq bir idmançı mübarizəni dayandırıb. İlqar Müşkiyev ötən gün ilk görüşdə erməni cüdoçusu Ovanes Davtyana uduzaraq turnirlə erkən vidalaşıb. anspress