Olimpiadada ilk qızılı çinli aldı
2012-ci il London Yay Olimpiya Oyunlarının ilk qalibi müəyyənləşib. 30-cu olimpiya yarışında ilk qızıl medal Çin idmançısına nəsib olub.
10 m məsafəyə pnevmatik tüfəngdən atəşaçma yarışlarında Yilinq Si 502,9 xalla qızıl medala yiyələnib. İkinci yer Silviya Bodaçkaya (Polşa, 502,2), üçüncü yer isə Dan Yuya (Çin, 501,5) qismət olub. Pekin-2008-in qalibi Katerina Emmons (Çexiya) isə 4-cü yerlə kifayətlənib.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 12:49
2026-04-07 12:37
2026-04-07 11:55
2026-04-06 22:59
2026-04-06 16:22
2026-04-06 14:48
2026-04-06 14:42
2026-04-06 10:11