"Çox çətin oyun oldu. Bu oyuna yaxşı hazırlaşmışdıq və qələbə qazanmaq istəyirdik. Ancaq bəxt "Lex"in tərəfində oldu". Bu sözləri "Xəzər Lənkəran" klubunun baş məşqçisi Yunis Hüseynov "Lex"lə oyunda sonra keçirilən mətbuat konfransında deyib. Y.Hüseynov komandasının daha yaxşı təsir bağışladığını bildirib: "Məğlubiyyətə baxmayaraq, düşünürəm ki, bu oyunda komandam daha yaxşı təsir bağışladı.Təbii ki, bu, mənim şəxsi fikrimdi. İlk hissənin əvvəllərində qol buraxmağımız oyunumuza mənfi təsir göstərdi. Bununla belə, komandamın oyunundan razı qaldım. "Lex"ə isə növbəti mərhələdə uğurlar arzulayıram".