Bakının "İnter" klubundan sonra "Xəzər Lənkəran" da avroliqada qələbə qazanıb, növbəti mərhələyə vəsiqəni təmin edə bilməyib. Lənkəran klubu Polşada "Lex" klubunun qonağı olub. Lənkəranda baş tutan ilk görüşdə 1:1-lik bərabərlik qeydə alındığından "Xəzər Lənkəran"a səfərdə ən azı minimal qələbə və ya 1-1-ən daha çox vurulan heç-heçə sərf etsə də, komanamız bunların heç birinə nail ola bilməyib. Lənkəran təmsilçisi səfərdə məğlub olaraq rəqibin 15-ci dəqiqədə vurdugu qolla oyundan başıaşağı dönməli olub.