Bu gün Avropa Liqasında II təsnifat mərhələsinin cavab oyunları keçirilib. Bakıda "Ateras Tripolis"lə 1:1 bərabər qalan "İnter" cütün taleyini Yunanıstanda həll edə bilməyib. Oyunun əsas və əlavə edilmiş vaxtında hesab 1-1 bərabərə qalığından, qalib penaltilərlə müəyyənləşib. Yunanlar əcnəbilərdən ibarət Bakı komandasını penalitilərdə 4-2 məğlub edib və növbəti mərhələyə yüksəlib. "İnter" evə əliboş göndərilib.