"London - 2012": Böyük Britaniya qələbə, Braziliya darmadağınla bazladı
İngiltərənin paytaxtı Londonda təşkil olunacaq olimpiadanın qeyri-rəsmi açılışı baş tutub. Futbol üzrə Böyük Britaniya və Yeni Zellandiya yığmaları arasında keçirilən oyunla turnirə start verilib.
E qrupunda baş tutan ilk matçın taleyini bir qol həll edib. Stephanie Houqtonun görüşün 64-cü dəqiqədə vurduğu qol meydan sahiblərinə minimal hesablı qələbə qazandırıb - 1:0.
Qrupun digər oyununda isə Kamerun və Braziliya yığmaları üz-üzə gəlib. Bu oyunda isə Cənubi Amerika təmsilçisi rəqibinə heç bir şans verməyib - 5:0.
Qeyd edək ki, London olimpiadasının təntənəli açılış mərasimi sabah axşam keçiriləcək.
[b]25 iyul[/b]
[b]E qrupu[/b]
Böyük Britaniya - Yeni Zellandiya - 1:0
Kamerun - Braziliya - 0:5
[b]F qrupu[/b]
Yaponiya - Kanada - 2:1
İsveç - CAR - 4:1
[b]G qrupu[/b]
ABŞ - Fransa - 4:2
Kolumbiya - Şimali Koreya - 0:2
DİGƏR XƏBƏRLƏR
2026-04-07 12:49
2026-04-07 12:37
2026-04-07 11:55
2026-04-06 22:59
2026-04-06 16:22
2026-04-06 14:48
2026-04-06 14:42
2026-04-06 10:11