Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununda səfərdə Gürcüstan çempionu "Zestafoni"nin qonağı olan və ilk oyunda rəqibini 3:0 hesabı ilə məğlub edən "Neftçi" əzmkarlığtı ilə növbəti mərhələyə yüksəlib. Oyuna gəldikdə isə deyə bilərik ki, Zestafoni təmsilçisi oyuna yaxşı başlayıb. 4 dəqiqəyə iki qol vuran "Zestafoni" az sonra qapısında top görüb. Bundan sonra isə oyunda nəzarəti ələ alan "Neftçi" fasilədən sonra daha bir dəfə fərqlənib - 2:2. Oyunda ən gözlənilməz vəziyyət isə matçın 53-cü dəqiqəsində yaşanıb. Belə ki, komandamızın yarımmmüdafiəçisi Rəşad Sadiqovun penaltidən Tottisayağı vurduğu qol yerli azarkeşlərin xoşuna gəlməyib. Bu səbəbdən yerli fanatlar qolun sevincini yaşayan ?Neftçi?nin ehtiyat oyunçular skamyasına hücum çəkməyə cəhd ediblər, onlara kənar əşyalar atmağa başlayıblar. Stadionun təhlükəsizlik xidməti dərhal hadisə yerinə cəm olub və gürcü fanatları sakitləşdirməyə çalışıb. Son məlumata görə, komandamızın növbəti turdakı rəqibi İsrailin ?Hapoel? (İroni Kiryat) klubu olacaq. Komandalar arasındakı ilk görüş iyulun 31-də İsraildə keçiriləcək. Cavab qarşılaşma isə avqustun 7-də Bakıda, ?Dalğa Arena?da baş tutacaq.