"Milan" Kakanı geri qaytarır?
"Real" (Madrid) klubunun futbolçusu Kakanın yenidən İtaliyaya - "Milan" klubuna geri qaytarılacağı bilirilir.
Türkiyə mətbuatı xəbər verir ki, "Milan"ın prezidenti Silvio Berluskoni Kakanın transferi ilə şəxsən maraqlanır. "Real"ın əsas heyətindən kənarda qalan 30 yaşlı futbolçu da Milana qayıtmaq istədiyini bildirib. Lakin Kaka "Milan"da "Real"dakından daha çox maaş alacağı təqdirdə sabiq komandasına qayıdacağını açıqlayıb.
Qeyd edək ki, "Real"la 2015-ci ilə qədər müqaviləsi olan Kaka Madrid təmsilçisində ilinə 10 milyon avro qazanır.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 12:49
2026-04-07 12:37
2026-04-07 11:55
2026-04-06 22:59
2026-04-06 16:22
2026-04-06 14:48
2026-04-06 14:42
2026-04-06 10:11