Çempionlar Liqasının II təsnifat mərhələsində ?Neftçi? və ?Zestafoni? arasında baş tutacaq ilk oyununun yayımı sual altına düşüb. Fanat.az-ın əldə etdiyi məlumata görə, Az.TV və onun törəməsi sayılan ?İdman Azərbaycan? telekanalları matçı göstərmək fikrində deyil. Səbəb iyulun 17-də ?Dalğa Arena?da ?Zestafoni?ni qəbul edəcək ?Neftçi?nin rəhbərliyinin tələb edilən məbləği vermək istəməməsidi. Uzun illər dünyada analoqu olmayan ?peşəkarlıqla? fəaliyyət göstərən dövlət televiziyasının bu gedişlə yüz minlərlə tamaşaçının gözünü yolda qoyacağı şübhə doğurmur.