Beynəlxalq İdman Arbitraj Məhkəməsi ?Beşiktaş?ın şikayətini rədd edib. UEFA-nın saytına yayılan məlumata görə, İstanbul klubu şikayətində bu komandanın Avroliqanın cari mövsümünə buraxmamaqla bağlı qitə futbol qurumunun qərarına etiraz edib. Lakin etiraz qəbul olunmayıb. Xatırladaq ki, ?Beşiktaş? beş il müddətinə avrokuboklardan kənarlaşdırılıb. Komanda bu il yarışlara buraxılmayacaq. Növbəti dörd il üçünsə qərar şərti mahiyyət daşıyır.