"Avro-2012"nin ən yaxşı futbolçusu seçilən Andres İniyesta həftəsonu subaylığın daşını atır. Mia.az Türkiyənin "Hurriyet" qəzetinin istinadən xəbər verir ki, İspaniya millisi və "Barselona"nın futbolçusu bu gün Anna Ortizlə ailə həyatı qurur. Başda komanda yoldaşları Lionel Messi və Xavi Hernandez olmaqla bir sıra tanınmış simalar İniyestanın toyuna dəvət olunublar. Bu qonaqların sırasında Luis Araqonez, Frank Raykard, Pep Qvardiola, Visente Del Boske, Lui Van Qal və İker Kasilyas da var. Qeyd edək ki, İniyestanın toyunda 700-ə yaxın insanın iştirak edəcəyi gözlənilir.