"Beşiktaş"dan ayrıldıqdan sonra heç bir komanda ilə anlaşmayan Quti Hernandez yenidən Türkiyəyə qayıdacağını bildirib. Bu barədə "Twitter" sosial şəbəkəsində yazan ispaniyalı futbolçunun açıqlaması böyük marağa səbəb olub. Quti "Twitter" sosial şəbəkəsində belə yazıb: "Yenidən "Beşiktaş"da çalışmaq istəyirəm. İstanbulu çox sevirəm. Düşünürəm ki, iki il ərzində bu şəhərə yerləşib sabiq komandamda çalışa bilərəm". Qeyd edək ki, 2010-2011-ci illərdə "Beşiktaş"ın şərəfini qoruyan Quti keçirdiyi 23 oyunda 7 qola imza atmışdı.