Brazilya heyətini açıqladı; Neymar millidə!
Braziliya yığmasının London Yay Olimpiya Oyunları üçün heyəti açıqlanıb. 23 yaşdan artıq 3 futbolçunun daxil edilməsi mümkün olan heyətdə sürpriz isimlər də var.
Neymar, Halk, Pato, Marselo və Tiaqo Silva kimi ulduzların yer aldığı heyətə ?Mançester Yunayted?dən Rafael və ?Tottenhem?dən Sandronun salınması bir çoxları tərəfindən təəccüblə qarşılanıb. Heyətdə Oskar, Lukas Moura, Leandro Damiao və Paulo Henrike kimi Braziliya çempionatında top qovan gənclər də yer alıb.
Qeyd edək ki, Braziliya London Yay Olimpiya Oyunlarında Misir, Belarus və Yeni Zellendiya ilə birlikdə C qrupunda yarışacaq.
Qapıçılar: Rafael Kabral (Santos), Neto (Fiorentina, İtaliya).
Müdafiəçilər: Marselo (Real, İspaniya), Rafael (Mançester Yunayted, İngiltərə), Danilo (Portu, Portuqaliya), Aleks Sandro (Portu, Portuqaliya), Tiaqo Silva (Milan, İtaoiya), Xuan (İnter, İtaliya), Bruno Uvini (San Paulo).
Yarımmüdafiəçilər: Romulo (Vasko da Qama), Qanso (Santos), Oskar (İnternasional), Sandro (Tottenhem, İngiltərə), Lukas (San Paulo).
Hücumçular: Neymar (Santos), Aleksandre Pato (Milan, İtaliya), Leandro Damiao (İnternasional), Halk (Portu, Portuqaliya).
DİGƏR XƏBƏRLƏR
2026-04-07 12:49
2026-04-07 12:37
2026-04-07 11:55
2026-04-06 22:59
2026-04-06 16:22
2026-04-06 14:48
2026-04-06 14:42
2026-04-06 10:11