Sabah Avropa Liqasının təsnifat mərhələsində ?Bakı?yla qarşılaşacaq Sloveniyanın ?Mura? komandasının bu gün ?Dalğa Arena?da nəzərdə tutulan məşqi, eyni zamanda komandanın baş məşqçisinin mətbuat konfransı baş tutmayacaq. Bu haqda Qol.Az-a ?Bakı?nın icraçı direktoru Yaşar Seyidov məlumat verib. O qeyd edib ki, ?Mura? klubu viza almaqda problemlə üzləşdiyinə görə Azərbaycan paytaxtına bu gün gələ bilməyəcək. Viza məsələsini son anda həll edən Sloveniya klubunun Bakıya çarter reysilə iyulun 5-i, gecə saat 02.00 radələrində gələcəyi gözlənilir.