UEFA prezidenti Mişel Platini dünən Kiyevdə İspaniya-İtaliya final qarşılaşması ilə bağlı keçirdiyi mətbuat konfransında jurnalistlərdən biri ilə məzələnib. O, jurnalistin ?Avro-2012?də nə işlə məşğul olmusunuz? sualına zarafatla belə cavab verib: ?Araq içirdim!?. UEFA prezidenti bu cavabından sonra fikrini ciddiləşdirib və deyib ki, yarışları yaxından izləyərək, təhlilllər aparıb: ?Deyim ki, təşkilatçılıqdan da razı qalmışam?. Platini, bu mötəbər yarışda bir neçə matı idarə edən, finalda isə dördüncü hakim rolunu oynayacaq türk hakim Cüneyt Çakırla bağlı da suallara cavab verib: ?O, bizim etimadımızı boşa çıxarmadı. Oyunları əla idarə elədi. Bir sözlə, Çakıra verilən fürsəti çox yüksək səviyyədə dəyərləndirdi?.