?Bakı? Sloveniya klubunu darmadağın etdi
Sloveniyada təlim-məşq toplanışı keçən ?Bakı? bu gün yoxlama görüşü çərçivəsində yerli ?Mura-05?-lə qarşılaşıb. Sloveniya yüksək liqasında çıxış edən klub həmyerlilərimizin qarşısında aciz qalıb. Matç ?Bakı?nın 4:0-lıq qələbəsi ilə başa çatıb. Paytax klubundan qolları Kovaçeviç (17), Junior (42), Verpakovskis (76) və Horvat (83) vurublar.
Novruz Əzimov bu oyunda aşağıdakı futbolçuların xidmətindən istifadə edib: Aqil Məmmədov, Qriqori Popxadze (Əziz Quliyev, 59), Nenad Kobaçeviç (Novruz Məmmədov, 46), İbrahim Karqbo (Due Bakoviç, 63), Junior (Maris Verpakovskis, 71), Edemir Rodriges (Mario Horvat, 46), Deyvidas Çesnauskis (Ramazan Abbasov, 47), Dennis İvanov, Elvin Məmmədov, Nurlan Noveuzov (Rəhman Hacıyev, 59), Cəmşid Məhərrəmov (Şəhriyar Xəlilov, 69)
DİGƏR XƏBƏRLƏR
2026-04-07 12:49
2026-04-07 12:37
2026-04-07 11:55
2026-04-06 22:59
2026-04-06 16:22
2026-04-06 14:48
2026-04-06 14:42
2026-04-06 10:11