Portuqaliya yığmasında dava düzdü
AVRO-2012-nin 1/4 finalında Çexiyanı mübarizədən kənarlaşdıran Portuqaliya yığmasının düşərgəsində dava düşüb. Belə ki, komandanın iki ulduzu ? Rikardo Quarezma və Migel Lopes arasında gərginlik yaşanıb.
Yayılan xəbərlərə görə, məşqdə Lopes Quarezmaya qarşı sərt oynayıb. Bu zaman ?Beşiktaş?ın ulduzu komanda yoldaşının üzərinə hücum edib. Yumruq davasının qarşısını futbolçular və məşqçilər çətinliklə alıb.
Olaydan sonra baş məşqçi Paulo Bento məşqi dayandırmalı olub. Hər iki futbolçu ilə təklikdə söhbət edən baş məşqçinin onları cəzalandıracağı gözlənilir.
Olayla bağlı açıqlama verən yığmanın digər üzvü Rikardo Koşta bunları deyib: ?Quarezma və Lopes arasında yaşanan olay önəmsiz hadisədi və böyütmək lazım deyil. Məşqdə bu kimi hadisələrin yanaşması normaldı?.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 12:49
2026-04-07 12:37
2026-04-07 11:55
2026-04-06 22:59
2026-04-06 16:22
2026-04-06 14:48
2026-04-06 14:42
2026-04-06 10:11