Ukrayna və Polşanın birgə təşkilatçılığı ilə keçirilən Avropa çempionatında 1/4 final mərhələsinin növbəti oyunu keçirilib. A qrupundan sürpriz şəkildə 1/4 finala yüksələn Yunanıstan millisi "ölüm qrupu"nun qalibi Almaniya ilə üz-üzə gəlib. Fasiləyə 1:0 hesabı ilə üstün yollanan almanlar ikinci hissədə daha 3 dəfə fərqlənib - 4:2. Bu qələbə sayəsində Almaniya millisi yarımfinala yüksələn ikinci komanda olub. Oyunun statistiksı ilə tanış olun: Almaniya ? Yunanıstan - 4:2 Qollar: Lam, 39 (1:0), Samaras, 55 (1:1), Xedira, 61 (2:1), Kloze, 68 (3:1), Reus, 74 (4:1), Salpinqidis, 89 (4:2) Baş hakim: Damir Skomina (Sloveniya) Almaniya: Noyer, Hummels, Badştuber, Lam, Boatenq, Xedira, Şvaynştayger, Məsut Özil, Şürle (Müller, 67), Reus (Qötze, 80), Kloze (Qomez, 80) Yunanıstan: Sifakis, Maniatis, Tzavellas (Fotakis, 46), Papadopoulos, Torossidis, Papastatopoulos, Makos (Liberopoulos, 72), Ninis (Gekas, 46), Katsouranis, Samaras, Salpinqidis. Qeyd edək ki, Almaniya yığması yarımfinalda İngiltərə - İtaliya cütünün qalibi ilə qarşılaşacaq.