Portuqaliya çexləri də devirdi
Avropa çempionatında 1/4 final mərhələsində ilk 1/4 finalda Varşavada Portuqaliya və Çexiya komandaları üz-üzə gəliblər. Oyunun favoriti portuqaliyalılar hesab olunsa da, öz qrupunun qalibi olmuş çexlərin rəqibinə layiqli müqavimət göstərib növbəti mərhələyə adlayacağı da istisna olunmurdu.
Lakin Portuqaliya millisi sürprizə imkan verməyib. Matçın taleyini isə bir qol həll edib. Kriştiano Ronaldonun matçın 79-cu dəqiqəsində vurduğu qol Portuqaliya millisinə minimal hesablı qələbə qazandırıb - 1:0. Bununla da, Portuqaliya millisi yarımfinala yüksələn ilk komanda olub.
21 iyun
"Avro-2012"də 1/4 finalın görüşləri
23.45. Çexiya ? Portuqaliya - 0:1
Qol: Ronaldo, 79 (0:1)
Baş hakim: Hovard Uebb (İngiltərə)
Çexiya: Çex, Selassie, Kadleç, Sivok, Limberski, Plasil, Hübsşman (Pekhart, 87), Pilar, Jiraçek, Darida (Rezek, 61), Baroş
Portuqaliya: Patrisio, Peryra, Alveş, Pepe, Koentrao, Veloso, Moutinyo, Meyreleş (Rolando, 88), Nani (Kuştidio, 84), Poştiqa (Almeyda, 40), Ronaldo
22 iyun
Almaniya ? Yunanıstan
Baş hakim: Damir Skomina (Sloveniya)
23 iyun
İspaniya ? Fransa
Baş hakim: Nikola Rissoli (İtaliya)
24 iyun
İngiltərə - İtaliya
Baş hakim: Pedru Proensa (Portuqaliya)
DİGƏR XƏBƏRLƏR
2026-04-07 12:49
2026-04-07 12:37
2026-04-07 11:55
2026-04-06 22:59
2026-04-06 16:22
2026-04-06 14:48
2026-04-06 14:42
2026-04-06 10:11