Polşa və Ukraynanın təşkilatçılığı ilə keçirilən Avropa Futbol Çempionatına təkcə hakimlərin deyil, həm də ukraynalı femenistlər damğa vurmaqda davam edirlər. Mia.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Polşada ilk tədbirləri ilə böyük səs-küy yaradan femenist qadınlar dünən də İsveç - İngiltərə oyunu öncəsi fahişəliyə etiraz olaraq İsveçli tərəfdarların olduğu sahəyə giriblər. Yarıçılpaq vəziyyətdə olan femenistlər polislərin ani hücumu ilə zərərsizləşdirilsə də, onların aksiyası böyük maraq yaradıb.