UEFA Hakim Komitəsinin rəhbəri, məşhur sabiq hakim Pierluici Kollina Avropa Futbol Çempionatındakı Ukrayna-İngiltərə oyununda mübahisəli qol epizodunda hakimlərin xətaya yol verdiyini etiraf etdi. Mia.az-ın xəbərinə görə, Kollina açıqlamasında 'Ukraynanın qolu keçərli olmalıydı, hakimlər xəta etdilər. Ancaq iddia edildiyi kimi, top 50 sm içəridə deyil, bir neçə sm çizgini keçmişdi. Bu, bir insan xətasıdır. Olmasa, təbii ki, əla olardı. Təəssüf ki, belə uzun bir marafonda hakimlər tərəfindən belə səhvlər olur?, - deyə, bildirib. Xatırladaq ki, sözügedən oyunda İngiltərə 1-0 öndəykən, Ukraynalı Deviçin vuruşunda top çizgini keçsə də, hakim qol qərarı verməmişdi. Bu isə Ukrayna millisinin baş məşqçisi Oleq Bloxin başda olmaqla, idman aləminin böyük narazılığına səbəb olub.