İspaniya milli komandasının baş məşqçisi Visente Del Boske "Avro-2012"nin 1/4 finalında qarşılaşacaqları Fransa ilə oyun haqda danışıb.Del Boske Fransa ilə görüşün çətin keçəcəyini bildirib: "Fransa millisi də bizim komanda ilə eyni səviyyədədir. Onlara qarşı oyun çox çətin keçəcək. 2010-cu il dünya çempionatından sonra Fransanın heyətində xeyli dəyişikliklər baş verib. Rəqibimiz Benzema, Ben Arfa, Nəsri və Maluda kimi futbolçulara sahibdir. Bununla belə, həmin oyunda qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik". Qeyd edək ki, İspaniya - Fransa matçı iyunun 23-də, Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.