İngiltərənin "Çelsi" klubu ilə yollarını ayıran Didye Droqbanın yeni komandası bəlli olub. 34 yaşlı futbolçu Çinin "Şanxay Şenhua" klubu ilə anlaşıb. Daha öncə Nikolya Anelkanı transfer edən Çin təmsilçisi heyətini daha bir ulduz futbolçu ilə gücləndirib. Fil Dişi Sahili yığmasının hücumçusu "Şanxay Şenhua" klubunda həftəsinə 200 min funt-sterliq qazanacaq. Qeyd edək ki, 2004-cü ildən "Çelsi"də çıxış edən Droqba keçirdiyi 226 oyunda 100 qola imza atıb.