Yunanlar rusları, çexlər isə polyakları ?əzdi?
AVRO-2012-nin final mərhələsində ilk 1/4 finalçılar müəyyənləşib. Qrup mərhələsinin III turunun start götürdüyü gündə meydana A qrupunun komandaları çıxıb. Bütün komandaların növbəti mərhələ şansını saxladığı qrupda yerlərin bölgüsü məhz son turun oyunlarından asılı idi. Əvvəlki oyun günlərindən fərqli olaraq bu gündən etibarən hər 2 matç eyni vaxtda başlayırdı.
Baş hakim Kreyq Tomsonun (Şotlandiya) idarə etdiyi Çexiya-Polşa oyunu Vrotslavın ?Miyejski? stadionunda baş tutub və 0:1 hesabı ilə qonaqların xeyrinə başa çatıb.
Komandalar aşağıdakı heyətlə (ilk 11) çıxış ediblər:
ÇEXİYA: Çex, Selassi, Sivok, Kadlets, Limbersiki, Hübşman, Plasil. Yiraçek, Rositski, Pilar. Baroş
POLŞA: Şesnı, Pişek, Vasilevski, Perkis, Beniş, Dudka, Polanski, Blaşikovski, Muravski, ObranyaK. Levandovski
Yunanıstan-Rusiya oyununu isə baş hakim Yonas Eriksen (İsveç) idarə edib və oyun Varşavadakı milli stadionda baş tutub. Matç Yunanlstan millisinin minimal hesablı qələbəsi ilə (1:0) başa çatıb.
A qrupu
1. Çexiya 3 2 0 1 4-5 6
2. Yunanıstan 3 1 2 1 2-3 4
3. Rusiya 3 1 1 1 5-2 4
4. Polşa 3 0 2 1 2-3 2
Beləliklə, A qrupundan AVRO-2012-nin 1/8 mərhələsinə Çexiya və Yunanıstan komandası adlayıb.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 12:49
2026-04-07 12:37
2026-04-07 11:55
2026-04-06 22:59
2026-04-06 16:22
2026-04-06 14:48
2026-04-06 14:42
2026-04-06 10:11