Ukrayna və Polşanın birgə təşkilatçılığı ilə keçiriləcək turnirin beşinci günündə daha iki qarşılaşma baş tutub. İlk öncə meydana Yunanıstan və Çexiya yığmaları çıxıb. İlk görüşdə Polşa ilə heç-heçə edən (1:1) Yunanıstan millisi turnirdə ilk qələbəsini qazanmaq niyyətində idi. Lakin 3 dəqiqə ərzində 2 dəfə fərqlənən Çexiya millisi turnirdə ilk qələbəsini qazanıb - 2:1. Günün son qarşılaşmasında isə meydan sahibləri olan Polşa millisi Rusiya yığmasını sınağa çəkib. İlk görüşdə Çexiyanı 4:1 hesabı ilə darmadağın edən Rusiyanı bu görüşdə 1 xal da qane edirdi. Lakin Polşa millisi vəziyyətini çətinləşdirməmək üçün bu görüşdə mütləq qələbə qazanmalı idi. Hərəyə bir dəfə fərqlənən komandalar görüşdən 1 xalla ayrılıb - 1:1. 12 iyun "Avro-2012"nin qrup oyunları 23:45. Polşa - Rusiya - 1:1 Qollar: Zaqoyev, 37 (0:1), Blazikovski, 57 (1:1) Polşa: Titon, Pişzek, Vasilevski, Perkuis, Boeniş, Dudka (Mierziyevski, 73), Polanski (Matuşik, 85), Blazikovski, Muravski, Obraniak (Brojek, 90+2), Levandovski Rusiya: Malafeyev, Anyukov, Berezutski, İqnaşeviç, Jirkov, Şirokov, Denisov, Zryanov, Zaqoyev (İzmayılov, 79), Kerjakov (Pavlyuçenko, 70), Arşavin 21:00. Yunanıstan - Çexiya - 1:2 Qollar: Jiraçek, 3 (0:1), Pilar, 6 (0:2), Gekas, 53 (1:2) Yunanıstan: Kalkias (Sifakis, 22), Maniatis, Papadoupoulos, Torrosidis, Holebas, Karagunis (k), Fotakis (Fotakis, 46), Katsuranis, Fortounis (Mitroqlou, 71), Samaras, Salpinqidis Çexiya: Çex (k), Selassie, Kadleç, Sivok, Limberski, Rosiçki (Kolar, 46, Rajtoral, 90), Plasil, Pilar, Hübşman, Jiraçek, Baroş (Pekhart, 64)