Fransa - ingiltərə matçında 2 qol, amma qalib yox!
Bu gün AVRO-2012-də D qrupunun açılış matçında meydana qrupun favoritləri Fransa ilə İngiltərə milliləri çıxıblar. Komandalr hərəyə bir qol vurmaqla, mübarizədən sülhlə ayrılıblar.
30-dəqiqədə Steven Gerrardın ötürməsini Joleon Leskott qola çevirib. İngilislərin bu üstünlüyü cəmi 9 dəqiqə çəkib. 39-cu dəqiqədə Frank Riberinin ötürməsini Samir Nasri qapı torundan keçirib. İkinci hissədə daha çox istəkli görünən fransızlar qol axtarsalar da, rəqib buna imkan verməyib. Qarşılıqlı hücumların, gərgin anların zəngin olduğu oyun 1-1 hesabı ilə başa çatıb.
Bu qrupun digər komandası Ukrayna millisinin rəqibi İsveç olacaq. Turun son görüşünü qonşu Türkiyədən olan hakim Cüneyt Çakır idarə edəcək. Oyun Bakı vaxtı ilə saat 23.45-də başlayacaq.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 12:49
2026-04-07 12:37
2026-04-07 11:55
2026-04-06 22:59
2026-04-06 16:22
2026-04-06 14:48
2026-04-06 14:42
2026-04-06 10:11