Bir neçə aparıcı oyunçusunu itirən ?Qarabağ? heyətini gücləndirmək yönündə axtarışlarını davam etdirir. Ağdam klubu yay transfer pəncərəsi dövründə heyətinə üç futbolçu qatacaq. Bu futbolçuların kimliyi bəlli olmasa da, onların legioner olacağı dəqiqdi. Yeni transferlərdən ikisi yarımmüdafiəçi, biri hücumçu olacaq. Artıq onların gələcəyi ölkələr də məlumdu. Onlardan biri portuqaliyalıdı və Portuqaliya çempionatında oynayır. Digər bir futbolçu braziliyalıdı. Daha bir oyunçu isə Rumıniya çempionatından gəlir.