16 milyonluq borcunu ala bilməyən Brazilyalı ulduz Ronaldinyonun tranfseri üçün Türkiyənin ?Fənərbaxça? klubu hərəkətə keçib.Müstəqil İnformasiya Agentliyi Türkiyənin ?Habertürk? portalına istinadən xəbər veir ki, Ronaldinyo ?Flamenqo?dan ayrılmaq üçün günlərini sayır: ?O, klubun onu sərbəst buraxmasını gözləyir. Bu xəbər ?Fənərbaxça?ya yetişən kimi, klub rəhbərliyi danışıqlara başlamaq üçün onunla təmasa keçiblər. Hələlik gəlişmələr məxfi saxlanılır. Önümüzdəki günlərdə transfer dəqiqləşəcək?.