UEFA daha bir ölkənin klublarını cəzalandırdı
UEFA-nın Nizam İntizam Komitəsi Türkiyədən sonra daha bir ölkənin klublarını cəzalandırıb. Hazırda iqtisadi böhran yaşayan Yunanıstanda 6 kluba lisenziya hüququ verilməyib.
Son ölkə çempionu "Olimpiakos" və "Panatinaykos" klublarının maliyyə vəziyyəti yaxşı durumda olduğundan, adı çəkilən komandalar lisenziya almaqda problem yaşamayıb. Lakin UEFA başda AEK olmaqla, ?Kerkira?, "Aris", "Panionios", ?Giannina? və OFİ klublarına lisenziya hüququ verməyib. Bu qərarla adı çəkilən komandalar yeni mövsümdən yüksək liqada iştirak etmələrinə baxmayaraq, həmin klublar transfer etmə, oyunçuları ilə müqavilə yeniləmə, avrokuboklara qatılma və televiziyadan gəlir götürmək kimi hüquqlardan məhrum olunub. Bu mövsüm Yunanıstanı Avrliqada təmsil etməli olan AEK klubunu isə "Asteras Tripolis" komandası əvəzləyəcək.
Qeyd edək ki, UEFA İntizam Komitəsi daha öncə Türkiyənin 3 klubunu - "Beşiktaş", Bursaspor" və "Qaziantepspor" komandalarını avrokuboklardan kənarlaşdırıb.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 12:49
2026-04-07 12:37
2026-04-07 11:55
2026-04-06 22:59
2026-04-06 16:22
2026-04-06 14:48
2026-04-06 14:42
2026-04-06 10:11