Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo qarşıdan gələn Avropa çempionatı ilə bağlı fikirlərini açıqlayıb.O, qeyd edib ki, bu yarışmada böyük sensasiyalar baş verməyəcək: "İspaniya millisi çox güclüdür. Sonra digər komandalar var ki, onlar üçün çempion olmaq çətin olacaq". Ronaldo bildirib ki, komandasının birinci məqsədi Niderland, Almaniya və Danimarkanın da yer aldığı qrup mərhələsini aşmaqdır.