Türkiyə mili komandasının və İspaniyanın ?Real Madrid? komandasının futbolçusu Nuri Şahin keçirdiyi mətbuat konfransında çarpaz açıqlamalar verib. Təcrübəli oyunçu qarşıdakı mövsümdə Türkiyədəki komandalardan birinə transfer olmaq haqqında gəzən xəbərlərə də aydınlıq gətirib. Müstəqil İnformasiya Agentliyi xəbər verir ki, Nuri Şahin Avstirya yolçuluğu öncəsində deyib ki, ?Real Madrid?də qalmaq fikrindədir: 'Nə qədər bacarıramsa Madriddə olacağam. Ən böyük xəyalım ?Real Madrid? kimi bir klubda oynamaq olub. İndi bu xəyalımı yaşayıram. O üzdən də Türkiyəyə gəlməyi düşünmürəm'.