"Beziktaz" daha bir baz məzqçisini qovduı
Türkiyənin "Beşiktaş" klubu növbəti dəfə baş məşqçisini istefaya göndərib. Türkiyə mətbuatının məlumatına görə, ötən gün baş məşqçi Tayfur Havutçu ilə görüş keçirən rəhbərlik gənc mütəxəssislə müqaviləni qarşılıqlı olaraq ləğv edib.
Xatırladaq ki, 2010-2011 mövsümünün son dönəmində baş məşqçi Bernd Şusterin istefasından sonra komandanın sükanı arxasına keçən Havutçu iyulun 3-də danışılmış oyunlarla əlaqədar olaraq şübhəli şəxs qismində saxlanılmışdı. 5 aylıq həbsdən sonra isə Havutçu komandada baş koordinator vəzifəsinə təyin edilmişdi.
Cari mövsümün sonlarında Karlos Karvalhalın istefasından sonra isə Havutçu yenidən "Beşiktaş"ın baş məşqçi postuna qaytarılmışdı. Lakin komandanın Superliqanın final mərhələsindəki uğursuz çıxışdan narazı qalan rəhbərlik Havutçu ilə yolları ayırmaq qərarına gəlib.
Qeyd edək ki, Havutçunun rəhbərlik etdiyi "Beşiktaş" klubu cari mövsümü 4-cü pillədə başa vuru
DİGƏR XƏBƏRLƏR
2026-04-07 12:49
2026-04-07 12:37
2026-04-07 11:55
2026-04-06 22:59
2026-04-06 16:22
2026-04-06 14:48
2026-04-06 14:42
2026-04-06 10:11