"Bavariya" - "çelsi": Bu gün Avropanın nəhəngi müəyyənləzir
Bu gün Bakı vaxtı ilə saat 23.45-də Çempionlar Liqasının final mərhələsi keçiriləcək. Həlledici görüşdə "Bavariya" və "Çelsi" klubları üz-üzə gələcək. Final matçının Münhendə keçirilməsi "Bavariya" üçün əlavə üstünlük sayılır. 2010-cu ildə finalda "İnter"ə 0:2 hesabı ilə məğlub olan "Bavariya" klubu bu dəfə doğma azarkeşləri önündə qələbə qazanmağa çalışacaq. Almaniya Bundesliqası və kubokunda "Borussiya" (Dortmund) klubuna uduzan Münhen təmsilçisi ÇL-i qazanmaqla mövsümü titulla başa vurmaq niyyətindədir.
Bu mövsüm İngiltərə Premyer Liqasını 6-cı pillədə başa vuran "Çelsi" klubu də kuboka iddialıdır. 2008-ci ildə Moskvada keçirilən final matçında "Mançester Yunayted"ə penaltilər seriyasında məğlub olan "zadəganlar" da həmin uğursuzluğu unutdurmağa yaxındır. Bunun üçün "Çelsi" Münhendə "Bavariya"nı üstələməlidir. Lakin "Bavariya"nın buna nə dərəcədə imkan verəcəyi isə böyük maraq doğurur.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 12:49
2026-04-07 12:37
2026-04-07 11:55
2026-04-06 22:59
2026-04-06 16:22
2026-04-06 14:48
2026-04-06 14:42
2026-04-06 10:11