"Milan" klubunun hücumçusu Zalatan İbrahimoviçə daha bir komanda "elçi" düşüb.İtaliya mətbuatının məlumatına görə, PSJ-nin ardından "Real" (Madrid) klubu da isveçli futbolçunun xidmətində maraqlıdır. "Real"ın baş məşqçisi Joze Mourinyo İbrahimoviçi komandasında görmək istəyir. Lakin Milan təmsilçisinin 30 yaşlı futbolçunun transferi üçün 25 milyon avro təzminat tələb etməsi "Real"ın işini çətinə salır. Qeyd edək ki, 2010-cu ildən "Milan"da çıxış edən İbrahimoviç keçirdiyi 32 oyunda 28 qola imza atıb. Qol.Az