Gürcü futbolçu Adamiya ?Qarabağ?dan getdi
?Qarabağ? gürcüstanlı hücumçusu Georgi Adamiya ilə müqavilənin müddətini uzatmayıb. Bu haqda Qol.Az-a ?Qarabağ?ın direktoru Əmrah Çəlikəl məlumat verib.Hazırda Gürcüstanda olan futbolçu özü isə klub rəhbərliyi ilə danışıqların nəticəsiz başa çatdığı üçün "Qarabağ"dan ayrıldığını bildirib.Adamiya bundan sonra futbolçu karyerasını Bakının ?İnter? klubunda davam etdirəcək.
"İnter"in meneceri Səbuhi Səfiyarlı Qol.Az saytına açıqlamasında "İnter"in Adamiya ilə maraqlandığını təsdiqləyib. O deyib ki, hazırda vətənləri Gürcüstanda olan baş məşqçi Kaxaber Sxadadze ilə Adamiyanın bu günlərdə görüşü olacaq və məhz bundan sonra futbolçunun "İnter"ə keçidi məsələsinə tam aydınlıq gələcək.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 12:49
2026-04-07 12:37
2026-04-07 11:55
2026-04-06 22:59
2026-04-06 16:22
2026-04-06 14:48
2026-04-06 14:42
2026-04-06 10:11