Türkiyə futbolunun birinci dəstəsində son həftənin qarşılaşmaları super liqaya yüksəlmək baxımından maraqlı keçib. Ötən mövsüm super liqada mübarizə aparan ?Kasımpaşa?nın ?Bucaspor?la 3-3 bərabərə qalmasından maksimum yararlanan ?Akhisar Belediyespor? tarix yazıb. Səfərdə ?Çaykur Rizespor?u 2-1 yenen adıçəkilən klub super liqə hələ ötən həftədən yüksəlişini təmin etmiş ?Elazıspor?dan sonra birbaşa oynamaq imkanı qazanıb. Super liqaya yüksələcək üçüncü komanda isə 4 klub arasında keçiriləcək pley-offdan sonra müəyyənləşəcək.