İspaniya futbolunun canlı əfsanəsi, bu mövsüm Almaniyanın ?Şalke 04? klubunda forma geyinən Raul Qonzales özünə yeni klub tapıb. O da br çox yaşlı futbolçular kimi, milyonların səpələndiyi ərəb ölkəsinə üz tutmalı olub. Raul Qətərin "Əl-Sədd" klubuyla anlaşıb. Xəbəri "Əl-Sədd"in rəsmi saytı da təsdiqləyib. Məlumatda deyilib ki, 34 yaşlı futbolçuyla 2012-2013-cü il mövsümünün sonuna qədər müqavilə imzalanıb.