Falkao atdı, "Atletiko" (Madrid) Avropa Liqasının finalını qazandı
Rumıniyanın paytaxtı Buxarestdə baş tutan Avropa Liqasının final qarşılşmasında İspaniyanın iki komandası - "Atletiko" (Madrid) və "Atletik" (Bilbao) klublarının mücadiləsi Madrid klubunun qələbəsi ilə başa çatıb. İki il öncə finalda İngiltərənin "Fulhem" klubunu üstələyən Madrid təmsilçisi eyni uğuru bu dəfə də Bilbao klubunun üzərində təkrarlayıb ? 3:0.
Bu mövsüm 40 milyon avroya Madrid klubuna transfer olunan Falkao 7-ci dəqiqədə və 26-cı dəqiqələrdə vurduğu qollarla komandasının kuboku qazanmasında önəmli rol oynayıb. Falkao bu qolları ilə Avroliqada 13 qolla, həm də bombardir adını qzanıb. 84-cü dəqiqədə isə Dieqo son qola müəlliflik edib. Onu da qeyd edək ki, 2-ci qolun ötürməsini Türkiyə mili komandasının üzv Arda Turan verib.
Bu qələbə ilə Madrid klubu 4-cü dəfə bu mötəbər yarışın kubokunun sevincini yaşayıblar.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 12:49
2026-04-07 12:37
2026-04-07 11:55
2026-04-06 22:59
2026-04-06 16:22
2026-04-06 14:48
2026-04-06 14:42
2026-04-06 10:11