Bu gün Premyer Liqanın XI turunda növbəti oyunlar keçirilib. Günün əsas qarşılaşması ?Dalğa Arena?da son Azərbaycan çempionu ?Neftçi? ilə Tovuzun ?Turan? klubu arasında baş tutub. Oyunboyu hücum edən Böyükağa Hacıyevin komandası istəyinə son dəqiqələrdə nail olub. Özbək Bahadır Nəsimovun qolu paytaxt təmsilçisinə 3 xal qazandırıb. Turun digər oyunu Qəbələdə keçirilib. Nazir Kəmaləddin Heydərovun oglu Tale Heydərovun sahibi olduğu ?Qəbələ? doğma azarkeşlər önündə ?Simurq?a biabırçı şəkildə məglub olub. İlk ?altılığ?a düşmək uğrunda mübarizə aparan Heydərovun komandası oyundan 2-0 hesablı məğlubiyyətlə ayrılıb.