İtaliya A Seriyasında 37-ci tura yekun vurulub. Səfərdə "Atalanta"nın qonağı olan "Latsio" inamlı qələbəyə sevinib. Rəqibini 2:0 hesabı ilə məğlub edən paytaxt təmsilçisi xalını 59-ya yüksəldib. Öz meydanında "Genua"nı qəbul edən "Udineze" də turu qələbə ilə başa vurub. Hər hissədə bir qol vuran meydan sahibləri görüşdən 3 xalla ayrılıb. Turun mərkəzi qarşılaşması isə Milanda baş tutub. Burada iki əzəli rəqib - "inter" və "Milan" komandaları qarşılaşıb. 6 qolun vurulduğu matç 4:2 hesabı ilə "İnter"in xeyrinə başa çatıb. A Seriyasının hazırki lideri "Yuventus" isə səfərdə "Kalyari" ilə qarşılaşıb. Rəqibini 2:0 hesabı ilə məğlub edən Turin təmsilçisi sona bir tur qalmış çempionluğunu rəsmiləşdirib.