Çempionlar Liqasının finalına vəsiqə qazanmış ?Çelsi? İngiltərə Federasiya Kubokunun da sahibi oldu. Dünya tarixinin ən qədim yarışlarından sayılan İngiltərə Federasiya Kubokunun müdhiş finalında ?Çelsi? ?Liverpul?la qarşılaşıb və 2-1 hesabı ilə qələbə qazanıb. 11-ci dəqiqədə Ramires, 52-ci dəqiqədə isə Didye Droqba ilə önə çıxan ?Zadəganlar?ın qollarına ?Liverpul? Andev Karollın 64-cü dəqiqədə vurduğu təsəlli qolu ilə cavab verə biliblər. Bu qələbə sayəsində ?Çelsi? 7-ci dəfə bu kuboku evinə aparmış olub.