"Barselona" darmadağın etdi, amma "Real" çempion oldu
İspaniya La Liqasında 36-cı tura yekun vurulub. Bu tur evdə "Real" (Sosyedad) klubu ilə qarşılaşan "Atletiko" (Madrid) komandası xal itkisi ilə üzləşib. Hərəyə bir dəfə fərqlənən komandalar meydanı 1 xalla tərk edib - 1:1. Doğma meydanda "Osasuna"nı qəbul edən "Valensiya" rəqibini darmadağın edib. Bu oyunda 4:0 hesabı ilə qələbə qazanan "yarasalar" xalını 58-ə yüksəldib.
"Barselona" da turu qələbə ilə başa vurub. Öz meydanında "Malaqa" ilə qarşılaşan Kataloniya təmsilçisi rəqibini 4:1 hesabı ilə darmadağın edib. Amma bu qələbə "Barsa"ya çempionluq yarışını davam etdirməyə yetməyib. Belə ki, Madridin "Real" klubu bu tur növbəti çempionluğunu rəsmiləşdirib. Səfərdə "Atletik" (Bilbao) klubunun qonağı olan "Real" rəqibinə 3:0 hesabı ilə qalib gələrək sona 2 tur qalmış çempionluğu bayram edib.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 12:49
2026-04-07 12:37
2026-04-07 11:55
2026-04-06 22:59
2026-04-06 16:22
2026-04-06 14:48
2026-04-06 14:42
2026-04-06 10:11