İngiltərə Premyer Liqasında 34-cü turdan təxirə salınmış oyunlar keçirilib.Doğma azarkeşləri önündə "Fulhem"i qəbul edən "Liverpul" gözlənilmədən məğlubiyyətlə üzləşib. Matçın 5-ci dəqiqəsində Martin Şkrtelin avtoqolu qonaqlara minimal hesablı qələbə qazandırıb - 0:1. Səfərdə "Stok Siti"nin qonağı olan "Everton" da xal itkisi ilə barışıb. Hərəyə bir dəfə fərqlənən komandalar görüşdən bir xalla ayrılıb - 1:1.