?Qalatasaray? həm ölkə çempionluğu, həm də Avropa Çempionlar liqasına qatılma şansı verən super final çərçivəsində səfərdə ?Trabzonspor?u darmadağın edib ? 4:2. ?Qalatasaray?a qələbə gətirən qolları 20-ci dəqiqədə Səlçuk İnan, 22 və 42-ci dəqiqələrdə Necati Atəş, 61-ci dəqiqədə isə Eboue vurublar. ?Trabzonspor?un qollarına isə 60 və 84-cü dəqiqədə penaltidən Kolman imza atıb. Bu sonuncla ?Qalatasaray? zorlu səfər matçından çox önəmli bir qalibiyyətlə ayrılmaqla, çempionluğa gedən yolunu gücləndirmiş olub. Hazırda ən yaxın izləyicisi ?Fənərbaxça?dan 5 xal öndə olan ?Qalatasaray?ın 45 xalı var. ?Trabzonspor? isə 31 xalda qalıb. Sabah isə ?Fənərbaxça? öz meydanında son həftələr uğursuz oyunları ilə azarkeşlərini xəyal qırıqlığına uğradan ?Beşiktaş?la çətin oyuna çıxacaq